AZ

AÇ-2024: İtaliya millisi son dəqiqə qolu ilə 1/8 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinin 3-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, 11-ci oyun günündə daha 2 qarşılaşma baş tutub.

Bu gün B qrupunda mübarizəyə yekun vurulub. Qrup mərhələsinin sonuncu turu çərçivəsində Albaniya İspaniyayla, Xorvatiya isə İtaliya ilə üz-üzə gəlib. Müvafiq olaraq Düsseldorf və Leypsiq şəhərlərində baş tutan bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 23:00-da) start verilib.

İspaniya yığması son turun nəticəsindən asılı olmayaraq, 1/8 finala erkən vəsiqə qazanmışdı. Bu üzdən də Albaniya ilə oyun ispanlar üçün tamamilə formal xarakter daşıyırdı. Buna baxmayaraq, İspaniya yığması üçüncü oyundan da qalib ayrılıb və qrupdan maksimum nəticə ilə çıxıb.

Xorvatiya – İtaliya matçı isə əsl ölüm-dirim mübarizəsinə səhnə olub. İtaliya yığması qalib gəlsə, ikinci yerlə növbəti mərhələyə yüksələcəkdi. Albaniya və Xorvatiyanın qələbə qazanacağı təqdirdə isə italyanlar qrupda qala bilərdilər. Bu qarşılaşmada hesabı xorvatlar açıblar. Amma son saniyələrdə İtaliya millisi məğlubiyyətdən xilas olmağı bacarıb. Nəticədə italyanlar da qrup ikincisi kimi 1/8 finala yüksəliblər. Xorvatiya yığması üçüncü, Albaniya millisi dördüncü olub. Bu iki komanda üçün Avropa çempionatı artıq başa çatıb.

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi ilk iki oyundan qalib ayrılmış Almaniya və Portuqaliya yığmaları da İspaniya millisi kimi, 1/8 finala vəsiqəni erkən təmin etmişdilər. İsveçrə yığması isə qrup ikincisi kimi növbəti mərhələyə adlamışdı.

AÇ-2024
B qrupu
24 iyun

Albaniya – İspaniya 0:1
Qol: Ferran Torres, 13.
Baş hakim: Qlenn Nyuberq (İsveç).
Düsseldorf. “Merkur Spiel-Arena”.

Xorvatiya – İtaliya 1:1
Qollar: Luka Modriç, 55 – Mattia Zakkayni, 90+8.
Baş hakim: Danni Makkeli (Niderland).
Leypsiq. “Red Bull Arena”.

Xallar: İspaniya – 9. İtaliya – 4. Xorvatiya – 2. Albaniya – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
28
arena.az

10Mənbələr