AZ

AÇ-2024: Türkiyə və Gürcüstan 1/8 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinə bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, 13-cü oyun günündə son olaraq F qrupunda yer almış komandalar meydana çıxıblar.

Türkiyə millisi Çexiya ilə, Gürcüstan yığması da Portuqaliya ilə üz-üzə gəlib. Hamburq və Gelzenkirxen şəhərlərində təşkil olunmuş bu görüşlərin start fiti isə saat 23:00-da səslənib.

Bu qrupda Portuqaliya növbəti mərhələyə vəsiqəni daha öncə təmin etmişdi. Türkiyə yığması isə qrup ikinciliyini qorumaq üçün çexlərlə görüşdə ən azı uduzmamalı idi.

Həlledici matçlarda Portuqaliya yığması gözlənilmədən Gürcüstana məğlub olub. Türkiyə millisi isə çexlərlə matçdan çətin qələbə ilə ayrılıb.

Bu nəticələrdən sonra Portuqaliya qrup qalibi kimi mərhələ adlayıbsa, Türkiyə ikinci yerlə 1/8 finala yüksəlib. Gürcüstan yığması da qrup üçüncüsü olan dörd ən yaxşı komandadan biri kimi pley-offa yüksəlib. Sonuncu yeri tutan Çexiya yığması isə çıxışını başa vurub.

Beləliklə, Almaniya, İspaniya, İngiltərə, Avstriya, Rumıniya və Portuqaliya yığmaları 1/8 finala qrup qalibi kimi yüksəliblər. İsveçrə, İtaliya, Danimarka, Fransa, Belçika və Türkiyə yığmaları buna qrup ikincisi kimi nail olublar. Niderland, Slovakiya, Gürcüstan və Sloveniya yığmaları isə ən yaxşı qrup üçüncüsü kimi mübarizəni davam etdirmək hüququ qazanıblar.

AÇ-2024
F qrupu
25 iyun

Çexiya – Türkiyə 1:2
Qollar: Tomaş Souçek, 66 – Hakan Çalhanoğlu, 51. Cenk Tosun, 90+4.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq. “Volksparkstadion”.

Gürcüstan – Portuqaliya 2:0
Qollar: Xviça Kvaratsxeliya, 2. Georgi Mikautadze, 57-pen.
Baş hakim: Sandro Şerer (İsveçrə).
Gelzenkirxen. “Veltins Arena”.

Xallar: Portuqaliya – 6. Türkiyə – 6. Gürcüstan – 4. Çexiya – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
28
arena.az

10Mənbələr