AZ

Avro-2024: Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finalda

Image

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun son turunda üz-üzə gələn Çexiya və Türkiyə yığmaları arasındakı oyun başa çatıb. Görüş Türkiyə millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər görüşündə isə Gürcüstan seçməsi Portuqaliyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Portuqaliya qrupu (6 xal) lider olarq bitirib. Eyni xala malik Türkiyə seçməsi isə ikinci olub və 1/8 finala vəsiqə qazanıb. Gürcüstan isə 4 xalla ən yaxşı qrup üçüncüləridən biri kimi növbəti mərhələyə adlayıb.

Türkiyə 1/8 finalda Avstriya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa, Niderland, İngiltərə, Danimarka,Rumıniya, Belçika və Slovakiya milli komandaları 1/8 finala vəsiqə əldə ediblər.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
41
baki-xeber.com

10Mənbələr