AZ

“Dürüst olmalıyıq və uca səslə deməliyik ki, daha artığına layiq deyildik” - Renduliç niyə belə dedi?

Dünyanın ən mötəbər turnirlərindən olan futbol üzrə Avropa çempionatında mübarizə aparan yığmalardan biri də Xorvatiyadı.

Hazırda “Sabah”a rəhbərlik edən Krunoslav Renduliç bir neçə dəfə milli komandasıyla bağlı fikirlərini bildirib. Hazırda B qrupunda mübarizə aparan xorvatlar 1 xala malikdi, Albaniya ilə sonuncu pillələri bölüşür. İlk oyunda İspaniya önündəki darmadağının ardından Albaniya ilə heç-heçə edən “damalılar”ın turnirdəki çıxışı gözləntiləri doğrultmur. Renduliçin bununla bağlı fikirləri:
“Albaniyaya qarşı dəhşətli və görünməz ilk yarı. Fəlakət. İki diametral fərqli hissə izlədik. Birincisi fəlakətdi. Xorvatiyanın yavaş, enerjisiz və idealsız oyununu izlədik. Tam baxılmaz idi. Yaxşı ki, həmin müddətdə daha böyük hesabla uduzmadıq. İkinci yarıda vəziyyət bir qədər yaxşı idi. Topun daha sürətli axını var idi və daha qətiyyətli oynayırdıq. Luka Suçiç, Ante Budimir və Mario Paşaliçin ikinci hissədə meydana çıxması komandanın oyununa açıq-aşkar təsir göstərdi. Sadəcə, son saniyələrdə qol buraxmağımız təəssüf doğurur. Və 95-ci dəqiqədə belə müdafiə xətasının baş verə bilməsi mənim üçün anlaşılmazdı. Dürüst olmalı və uca səslə deməliyik ki, daha artığına layiq deyildik. O ilk 45 dəqiqə Xorvatiyanın bir daha oynamaması lazım olduğuna işarədi. Niyə belədi? Bunun bir neçə səbəbi var. Luka Modriç artıq 90 dəqiqə ərzində yüksək səviyyədə oynaya bilmir. İvan Perişiç ciddi zədədən qayıdıb. Yosip Yuranoviç “Union”da oynamır. Kim bilir, neçə mövsümün ən pis “Ayaks”ına gəldi və orda inamını itirdi. "İnter"dən Səudiyyə Ərəbistanına getdikdən sonra Marselo Brozoviç artıq eyni oyunçu deyil. İndi bu futbolçular əvvəldən meydanda olmalı idilər? İndi ağıllı olub, döyüşdən sonra özünü general kimi göstərmək çətindi. İndi hamımız ağıllıyıq və necə oynamağı bilirik. Məşqçinin oyundan əvvəl verdiyi hər qərarın öz səbəbi var, amma sonda onun haqlı olub-olmadığını görmək olar. Qarşıda İtaliya ilə oyun var. Mümkün olan ən yaxşı ssenari, çox yaxşı bilirəm ki, xal üçün oynamaq mümkün deyil. Heç nə, İtaliya bizi gözləyir və hələ də hər şey öz əlimizdədi. Düzünü desəm, bu ssenari məni qane etdi ki, bizim üçün oyunda yalnız qələbə var. Məşqçi təcrübəmdən bilirəm ki, oyunçular kifayət qədər xallarının olduğunu biləndə uduzmaq qorxusundan şüuraltı şəkildə geri çəkilirlər və ən çox belə matçda uduzurlar. İndi nə etməli olduğumuzu dəqiq bilirik. Qalib gəlsək, əla, davam edək. Uğursuz olsaq, onda hər şey aydındı. Biz daha artığına da layiq deyildik. İtaliyaya qarşı heç bir hesablamaya yer qalmayacaq və ikinci hissədə də bugünkü kimi oynasaq, inanıram ki, hamımız bunu səbirsizliklə gözləyəcəyik. Əminəm ki, Albaniyayla ikinci hissədəki oyun italyanlara qarşı görüş üçün Zlatko Daliçin gözlərini açacaq”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
28
football-plus.az

10Mənbələr