Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovaya hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Aytən Kərimovaya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və o 2 il sınaq müddəti ilə şərti azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi.
Qeyd edək ki, A.Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur. Təqsirləndirilən şəxsin vəkili istintaqın yekunlaşmamasını, vəsatətləri olacağını deyib. Ona görə də növbəti məhkəmə prosesində prosesi bitirməyi təklif edib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.
OrxanRasifoğlu