AZ

Teatrdakı mənimsəmə ilə bağlı hökm!

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

OLAY yazır ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Aytən Kərimovaya 5 il 3 ay azadlıqdan məhrum edilmə cəzası təyin edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və ona iki il sınaq müddəti seçilməklə şərti cəza təyin olunub.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttihama görə, A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
olay.az

10Mənbələr