AZ

Keçmiş icra başçısının əmlakları ilə bağlı məhkəmə davası - Ailəsi iddia qaldırıb

Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalov və ailə üzvləri əmlaklarının müsadirə edilməsi ilə bağlı qərardan yenidən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyunun 11-nə təyin edilib(Pravda.az).

Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.

Bundan başqa, iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.

Ali Məhkəmə müsadirə ilə bağlı qərarda hər hansı qanunsuzluq olmadığı əsası ilə şikayəti rədd edib. Bakı Apellyasiyiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
mia.az

10Mənbələr