AZ

Teatrın əməkdaşına hökm oxundu

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Aytən Kərimova vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il 3 ay azadlıqdan məhrum edilib.

Lakin məhkəmə xanım müttəhimin iki azyaşlı övladı olmasını və dəymiş ziyanın 100 min manatını ödənilməsini nəzərə alıb. Bu səbəbdən ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhumermə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla cəzası şərti hesab olunub.

Xatırladaq ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttihama görə, A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb./teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
bakivaxti.az

10Mənbələr