AZ

Xarkov uğrunda döyüş. Rusiya yerdən və havadan hücum edir

Rusiya ordusu Xarkov vilayətinin Volçansk şəhərinə şimaldan daxil olurlar. Bölgənin patrul polisi sektorunun rəhbəri Aleksey Xarkovski bildirib ki, həmin istiqamətdə küçə döyüşləri davam edir. Onun sözlərinə görə, şəhərin 80%-i dağıdılıb.

“Düşmən şimaldan gəlir, Volçanskın kənarlarında mövqe tutur. Silahlı Qüvvələrimiz cavab verməyə çalışır. Küçə döyüşləri davam edir”, - Aleksey Xarkovski bildirib.

O qeyd edib ki, son beş gün ərzində Volçansk sakinlərini təxliyəsi ilə məşğul olub, və bütün bu müddət ərzində şəhər güclü atəşə tutulub:

“Aktiv döyüşlər gedir. Volçanskda vəziyyət son dərəcə ağırdır. Düşmən şəhərin küçələrində mövqelər tutur”.

Regionda beşinci gündür ki, polis və könüllülər Lipetsk və Volçansk icmalarını təxliyə edirlər. Bu müddət ərzində 7 mindən çox insan bölgədən çıxarılıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi mayın 15-nə olan hesabatında iddia edir ki, RF hərbçiləri Zaporojye vilayətinin Rabotino kəndini, həmçinin Xarkov vilayətində daha iki yaşayış məntəqəsini - Qlubokoye və Lukyançı yaşayış məntəqələrini ələ keçirib.

“Deep State” hərbi nəşri Rusiya qüvvələrinin Volçanskın şimal hissəsində cəmləşdiyini və qərb tərəfdən şəhərə yaxınlaşdığını yazıb. Ukrayna mediası iddia edir ki, Volçanskın qərbində rusiyalılar magistral yolu kəsmək istəyirlər.

Gün ərzində şəhərdə vəziyyətin pisləşdiyi barədə məlumatlar yayılıb. 

Rusiya mətbuatı yazır ki, RF qoşunları hazırda şəhər mərkəzinə daha yaxın olan Volçanski Aqreqat Zavodunun sənaye zonasına hücum edir.

Bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin piyada dəstələrinin Volçanska daxil olduğunu təsdiqləyib.

“Düşmən şəhərin şimal hissəsində möhkəmlənməyə çalışır, kiçik piyada dəstələri Volçanska daxil olur. Ehtiyatlar cəmləşdirilib ”, - deyə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Dmitri Lazutkin bildirib.

Xarkov şəhərinin müdafiə qüvvələrinin komandanı general Sergey Melnik bildirib ki, Xarkov istiqamətində şiddətli döyüşlər gedir. Rusiya qoşunları yerdən və havadan hücumlarını davam etdirirlər:

“Ağır döyüşlər davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
buta.media

10Mənbələr