AZ

Ukrayna ordusu Xarkov vilayətində bəzi itirilmiş mövqelərini bərpa edib: Detallar “ISW”-dən...

Ukrayna Silhalı Qüvvələri Xarkov vilayətində əks-hücum zamanı uğurlar əldə edib və Lukyantsının cənub-şərqindəki zolaqda mövqelərini bərpa edib.
 
Moderator.az “TSN” kanalına istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (“ISW”) hesabatında deyilir.
Qeyd olunur ki, mayın 28-də Rusiyanın Xarkov vilayətinin şimalında həyata keçirdiyi hücum əməliyyatları fonunda Ukrayna Silahlı Qüvvələri bir müddət əvvəl Xarkovdan şimalda məhdud mövqeləri bərpa edib.
 
“Mayın 28-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qüvvələri Lukyantsıdan cənub-şərqdə (Liptsı kəndindən şimal-şərqdə və Xarkov şəhərinin şimalında) mövqelərini bərpa edib.
 
Analitiklər qeyd edirlər ki, həm Rusiya, həm də Ukrayna hərbçiləri mayın 28-də gün ərzində Rusiya Ordusunun Liptsı kəndi və Volçansk şəhəri istiqamətlərində hücum əməliyyatlarının uzandığını elan ediblər.
 
Bundan əlavə, bir rus "hərbi müxbiri" təcavüzkarın qoşunlarının Liptsı istiqamətində 200 metrə qədər irəlilədiyini iddia edib. Başqa bir rusiyalı bloqer bildirib ki, işğalçılar guya şəhərin şimalında stadion və Volçanski aqreqat zavodunun yaxınlığındakı hündürmərtəbəli binalardakı mövqelərdən Ukrayna Silahlı Qüvvələrini sıxışdırıblar. Bununla belə, “ISW” işğalçıların bu iki ərazidə fəaliyyət göstərdiyinə dair vizual təsdiqi müşahidə etməyib.
 
Öz növbəsində, “ISW” vurğulayır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatların Staritsa yaxınlığında Volçanskın cənub-qərbində və Volçanskın şimal-şərqində Tixoy yaxınlığında davam etdiyini bildirib. Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Xortitsa qoşun qrupunun spikeri, polkovnik-leytenant Nazar Voloşin qeyd edib ki, işğalçılar Volçanska "TOS-2" termobarik artilleriya sistemlərindən güclü zərbələr endirirlər. 
 
Xatırladılır ki, bundan əvvəl Amerika analitikləri Ukrayna Silahlı Qüvvələri Xarkovdan şimala - Liptsy istiqamətində irəlilədiyini bildirib. Bu arada işğalçılar Volçansk yaxınlığında hücumlarını davam etdirib...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
31
moderator.az

10Mənbələr