AZ

Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"

 
"Bu əməliyyatın mayın 15-16-da planlaşdırıldığı güman edilir, lakin naməlum səbəblərdən bir həftəyə təxirə salınıb..."
 
"Rusiya qoşunlarını yalnız Xarkov vilayətinə Ukraynanın 92-ci elit briqadasından ibarət qruplaşması göndərildikdən sonra dayandırmaq mümkün olub..."
 
Mayın 10-da Rusiyanın işğalçı qoşunları Xarkov vilayətində hücuma keçib. Hazırda rusiyalıların hərəkət templəri zəifləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
 
Qeyd edilir ki, 48 min hərbi qulluqçunun hazır  vəziyyətdə olmasına rəğmən, Rusiyanın Xarkovda iri hücumu üçün qüvvələri yoxdur. Lakin ukraynalı hərbi liderlər vurğulayır ki, vəziyyət qeyri-sabitdir və tez bir zamanda dəyişə bilər. 
 
Onlardan birinin sözlərinə görə, Rusiya kolonları yalnız Xarkov vilayətinə bir neçə təcrübəli briqadalar göndərildikdən sonra dayandırılıb. Rusiya diktatoru Vladimir Putin yəqin ki, başqa bir sahədə yeni hücuma başlamaqla öz xoşbəxtliyini sınamağa cəhd edəcək. 
 
Hələlik Rusiyanın hərbi əməliyyatının son məqsədləri barədə fikir yürütmək çox tezdir. Müəlliflər xatırladıb ki, Putin bu günlərdə bəyan edib ki, onun yeganə niyyəti Ukrayna ilə sərhədyanı Belqorod şəhəri arasında bufer zonası yaratmaqdır.
 
Fəqət, Xarkovun özünə təhlükə törətməklə bağlı onun "heç bir planının olmamasına" təkid edib.  Lakin bu, mümkündür ki, gerçək niyyətlərdən daha çox döyüş meydanında sürətlə dəyişən reallığı əks etdirir.
 
Nəşr Rusiyanın hərbi planları barədə məlumat əldə edib və bu məlumat onu göstərir ki, rusiyalılar Xarkovu qismən mühasirəyə alıb Ukrayna qruplaşmalarına Peçeneqi su anbarından şərqə doğru təzyiq edə biləcəyini aydınlaşdırmağa cəhd edib.
 
Bu əməliyyat təxminən mayın 15-16-na planlaşdırılıb, lakin naməlum sənəblərdən bir həftə təxirə salınıb. Bu plana uyğun olaraq, rusiyalılar su anbarının hər iki tərəfində iki hücum istiqamətini müəyyənləşdirib.
 
Qərb istiqamətdə hücum 72 saat ərzində Rusiya qoşunlarını Borşşevaya kəndi rayonunda Xarkov şəhərindən artilleriya atəşi məsafəsinə çıxarmaq məqsədini daşıyıb.
 
"Onları dayandıran tez bir zamanda buraya göndərilən 92-ci elit briqadadan ibarət qruplaşma olub, nəticədə onlar ilkin hədəfdən 10 km məsafəyə sıxışdırılaraq çıxarılıb.
 
Lakin bu məqamadək söhbət Ukraynanın zəif müdafiə istehkamlarından, hücumu dəf etməli olan 125-ci briqadanın təzyiq altında mövqelərini tərk edib qaçmasından və Ukraynanın ciddi itkilərindən gedib", - nəşr yazıb.
 
Şərq istiqamətində rusiyalıların planı Volçanskdan Peçeneqi yaşayış məntəqəsinə çıxmaqdan ibarət olub.
 
Qeyd edilir ki, Xarkov vilayətində ukraynalı hərbçilərin bir çoxu Rusiyanın tez bir zamanda bu qədər uzağa irəliləyə bilməsindən hiddətlənib.
 
Bəziləri Qərb yardımının ləngiməsi və bununla da Rusiyanın təcavüzə şirnikləndirilməsi və Ukraynanın müdafiəsinin zəifləməsinə görə tənqid edir. Digərləri "səriştəsizliyin və ya hətta xəyanətin daha çox rol oynamasından" şübhələnir.
 
Rusiyanın Xarkov vilayətində hücumu - vacib xəbərlər
 
Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətinin Volçansk şəhərinin 60 faizinə nəzarət edir. Bu bəyanatla mayın 20-də Xarkov vilayəti Hərbi Administrasiyasının rəis müavini Roman Semenuxa çıxış edib. 
 
Onun sözlərinə görə, düşmən Ukrayna qoşunlarını şəhərdən sıxışdırıb çıxarmaq cəhdlərindən əl çəkmir.
 
Xarkov vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov qeyd edib ki, Xarkov vilsyətində şimalda cəbhə xətti sabitləşib. Volçanskda döyüşlər gedir, az qala hər küçə uğrunda qarşıdurma davam edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
moderator.az

10Mənbələr