AZ

“Axmat“ xüsusi təyinatlıları Xarkov istiqamətində yerləşdirildi

“Axmat” xüsusi təyinatlı qüvvələrinin əsgərləri Ukraynanın Xarkov vilayətinin sərhədyanı ərazilərinə, Rusiyanın Belqorod vilayətinə yerləşdirilib. News365.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Saytlar Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinova istinad ediblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
31
news365.az

10Mənbələr