AZ

Rusiya bu səbəbdən hücumu tezləşdirdi

Rusiya planlaşdırılan vaxtdan əvvəl Ukraynaya ikinci hücuma keçməyə məcbur olub. Bu, ABŞ-dan Ukraynaya yardımın bərpası ilə bağlıdır.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb. Məlumata görə, rus qoşunları mayın 10-da Xarkov vilayətinin şimalında Rusiya-Ukrayna sərhədi boyunca məhdud hücum əməliyyatlarına başlayıb:

“Çox güman ki, onlar ABŞ-ın yeni təhlükəsizlik yardımı səbəbindən planlaşdırıldığından daha tez hücuma keçməyə məcbur olublar. Rusiya qüvvələri Xarkovdan şimala və şimal-şərqə ağır piyada hücumları həyata keçirmək üçün məhdud sayda şəxsi heyət ayırıb. Artıq mayın 14-də Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi səngiməyə başlayıb. Görünür, Rusiya qüvvələri Xarkov bölgəsinə daha dərindən müdaxilə etməkdənsə, beynəlxalq sərhəddə “bufer zona”nın yaradılmasına üstünlük verirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
37
buta.tv

10Mənbələr