AZ

Rusların Sumı vilayətində yeni böyük hücumu başlaya bilər – Kirill Budanov

Rusiya işğalçı qüvvələri Sumı vilayətində yeni hücuma keçə bilər.

Editor.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov mayın 13-də “The New York Times” qəzetinə verdiyi şərhdə bildirib. Budanovun sözlərinə görə, Xarkov vilayətində vəziyyət nəzarətdən “çıxmaqdadır” və hər saat kritik həddə yaxınlaşır. Ukrayna hərbçiləri qoşun çatışmazlığı ilə üzləşirlər.

O əlavə edib ki, müdafiə qüvvələrinin demək olar ki, hamısı ya Xarkov vilayətində cəbhə xəttində, ya da Donetsk vilayətində Çasovoy Yarda yerləşir. “Mən əlimizdə olan hər şeyi istifadə etdim, təəssüf ki, bizim ehtiyatda başqa heç kimimiz yoxdur” – Baş Kəşfiyyat İdarəsinin rəisi deyib və əlavə edib ki, Xarkov vilayətində istifadə olunan ehtiyatlar işğalçıların “planlarını qismən pozmaq” üçün kifayətdir.

Budanov deyib ki, rusların şimal-şərqdə məqsədi panika və çaşqınlıq yaratmaq, Ukrayna hərbçilərinin məqsədi isə “[cəbhə] xəttini sabitləşdirmək və sonra onları sərhəddən geriyə itələməyə başlamaqdır. Baş Kəşfiyyat İdarəsinin rəhbərinin proqnozuna görə, Xarkov vilayətindəki hücumlar daha üç-dörd gün davam edəcək və bundan sonra rus qoşunları “Sumı istiqamətində güclü zərbə endirəcək”.

Sumı vilayətində Rusiya sərhədi yaxınlığında döyüşən ukraynalı zabit Pavel Veliçko bildirib ki, son vaxtlar Rusiyanın Sumı ətrafını atəşə tutması intensivləşib. “Mən bilmirəm, bunun əhəmiyyəti var, yoxdur, çünki buralar onsuz da çox atəşə tutulub. Hər halda, biz tam hazırlıq vəziyyətindəyik”, – Veliçko deyib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
editor.az

10Mənbələr