AZ

Rusların Xarkov istiqamətində hücumu dayandırılıb və o, tələyə düşüb - Komandir müavini

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Quru Qoşunlarının 92-ci əlahiddə briqadasının "Axilles" zərbə PUA-ları batalyonunun komandir müavini Oles Malyareviç Xarkov vilayətində Rusiya ordusuna qarşı gedən döyüşlərdən danışıb.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, zabit bu barədə “KİEV24” kanalının efirində bəhs edib.

Malyareviç vurğulayıb ki, 92-ci briqada kifayət qədər səmərəli işləyir.

"Hazırda düşmənin hücumu dayandırılıb, cəbhədə durum sabitləşib, düşmən qüvvələri məhv edilməkdədir. Xarkov vilayətinin müdafiəsi tapşırığı yerinə yetirilir. Doğrudan da, görünür, cəbhəni genişləndirmək istəyirlər və buna cəhd ediblər. İndi onlar girdikləri mövqelərdə dayandırılır və məhv edilirlər. Düşmən qüvvələri bir az tələyə düşüblər; irəli gedə bilmirlər, arxalarında isə bir çox yollar, xüsusən də PUA-lar sayəsində minalanıb",- deyə zabit vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
hafta.az

10Mənbələr