AZ

Zelenski xalqa SƏSLƏNDİ: "Xarkov vilayətində şiddətli döyüşlər gedir"

"Xarkov vilayətinin Volçansk yaxınlığındakı vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə ağırdır".

OXU24.COM  xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski vətəndaşlara müraciətində deyibş.

O, Volçansk şəhəri ərazisində müdafiə hərəkətlərinin və şiddətli döyüşlərin davam etdiyini vurğulayaraq, hazırda bəzi yaşayış məntəqələrinin boz zonadan kənara çıxaraq müharibə zonasına çevrildiyini qeyd edib.

Rusiya Müdafiə Nazirliyinin mayın 12-də verdiyi məlumata görə, Şimal qrupundan olan rus qoşunları Volçansk vilayətində Ukrayna hərbi qüvvələrini məğlub edib.

Son iki gündə Rusiya silahlı qüvvələrinin Xarkov vilayətinin bir sıra yaşayış məntəqələrini, o cümlədən Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya, Streleçya, Qatişe, Krasnoe, Moroxovets və Oleynikovo ərazilərini işğal etdiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
oxu24.com

10Mənbələr