AZ

Britaniya rusların Xarkov vilayətində irəliləməsini təhlükəli adlanırdı

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini geri itələyir və Xarkov vilayətində irəliləyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Sky News xəbər verir ki, bu faktı Britaniya Xarici İşlər Nazirliyi etiraf edib.

...Rusiya qoşunlarının Xarkov istiqamətində irəliləməsi son dərəcə təhlükəlidir- deyən xarici işlər naziri Devid Kemeron döyüş meydanındakı vəziyyəti təsvir edib.

Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski etiraf etmişdi ki, Ukrayna ordusu üçün Xarkov yaxınlığında vəziyyət bir həftə ərzində pisləşib.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Xarkov yaxınlığındakı 4 kəndin - Qatişça, Krasnı, Moroxovets və Oleynikovonun nəzarətə götürüldüyünü elan edib.

Ukrayna tərəfi isə bu məlumatı təsdiqləməyib.

Hələ əvvəllər Rusiya Federasiyası Xarkov vilayətində Borisovka, Oqurtsovo, Pletenevka, Pılnaya və Streleçyanın tutulması barədə də məlumat vermişdi.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
sia.az

10Mənbələr