AZ

"Barselona" hücumçusunu icarəyə verəcək

style='margin-bottom:10px;'>

"Barselona" hücumçusu Vitor Rokenin gələcəyi ilə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Kataloniya təmsilçisi 19 yaşlı futbolçunu qarşıdan gələn yay transfer pəncərəsində icarəyə verəcək. 

Bildirilir ki, Roke barədə qərarı baş məşqçi Xavi qəbul edib. Oyunçu mütəxəssisin növbəti mövsüm üçün planlarında yoxdur. Klub rəhbərliyi isə məşqçinin fikrini dəstəkləyib.

Qeyd edək ki, Roke “Barselona” ya 2024-cü ilin yanvarında “Atletiko Paranaense”dən keçib. O, cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib və 2 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
50
Mənbələr
Şərh ()
Bağla