AZ

Qarabağ Universitetinin rektoru KİMDİR...

Xəbər verdiyimiz kimi, Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Modern.az Şahin Bayramov haqqında məlumatları təqdim edir.

 

Şahin Bayramov 1979-cu il 4 iyul tarixində Mingəçevir şəhərində anadan olub. O, Mingəçevir Dövlət Universitetinin rektorudur. 2012-ci ildə "Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın iqtisadi məkanına inteqrasiyası problemləri" mövzusunda dissertasiyanı müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.


2015-ci ilin sonunda ABŞ-nin Nyu York şəhərində "İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı"nda (Advanced Executive Leadership Program) iştirak edib. Üç gün davam edən intensiv seminarlarda liderlik keyfiyyətləri, vizion, missiya və məqsədlərin müəyyən edilməsi, strateji qərarların qəbulu, heyətin və risklərin idarə olunması, kommunikasiya və danışıqlar aparılması bacarıqları, böhran şəraitində idarəetmə və digər mövzularda praktiki təlimlər keçirilib. Tədbirə Avropa kontinentindən qoşulan yeganə nümayəndə Ş.Bayramov Seminarda aktiv iştirak edib.

 

2016-cı ilin fevralında ABŞ-nin Mayami şəhərində Şimali Amerika regionu üzrə İkinci Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında (International Universities Networking Conference – IUNC North America 2016) iştirak edib. Tədbir çərçivəsində ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və UNEC-ə xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub.

 

2016-cı ilin mayında ABŞ-nin Kornell Universitetində keçirilən 2016-cı il III Beynəlmiləlləşmə Simpoziumunda (3rd Internationalization Symposium 2016) iştirak edib.

 

ABŞ Dövlət Departamentinin Hubert H.Humphrey Təqaüd Proqramının qalibi seçilməklə Amerikada professional inkişaf təlimlərinə qatılmaq imkanı qazanıb. Proqram çərçivəsində 11 avqust 2015-ci il – 10 iyun 2016-cı il tarixlərində ABŞ-də təhsil alaraq, proqramı uğurla başa vurub.

 

Şahin Bayramov 2017-ci ilin aprelinə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində işləyib, 2017-ci il aprelin 17-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta-ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

 

31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
510
15
modern.az

10Mənbələr