AZ

"Gəncə" və "Sumqayıt"da yeni baş məşqçilər - RƏSMİ

“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Prosport.Az xəbər verir ki, bu vəzifə Halil Atlıya həvalə olunub. Türkiyəli mütəxəssislə 1 illik müqavilə bağlanıb. O, bu postda Bedri Meriçi əvəz edib.

37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. Baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq "Mersin" klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.

“Sumqayıt”da da baş məşqçi dəyişikliyi olub. “Gənclik şəhəri” təmsilçisi Teymur Hüseynovu rusiyalı Aleksandr Mixaylovla əvəzləyib.

46 yaşlı məşqçi ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov”da Rusiya II Liqasının qalibi olub.

A.Mixaylov daha sonra Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Onun son iş yeri “Peresveta-YFU” (Rostov) komandası olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
17
prosport.az

10Mənbələr