AZ

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının (İK) məhbus iğtişaşları zamanı xəsarət alan üç əməkdaşı hazırda reanimasiyadadır.

Editor.az  Rusiya “Teleqram” kanallarına istinadən xəbər verir ki, onlardan birinin vəziyyəti kritik, digəri – Roman Ponomarevin isə son dərəcə ağırdır. Aleksey Lıqin üzündə deşilmiş yaralar və kəllə sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

İK-19-un digər əməkdaşı Yuri Mavrinin üzündə və başında yaralar var. Məlumata görə, huşunu itirmiş məhbuslardan biri Aleksandr Boyko da İK-19-da aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun sağ qalma şansı azdır – çox qan itirib.

İK-19-un rəhbəri Andrey Devyatovun başında çoxlu yaralar var.

“SHOT” “Telegram” kanalının məlumatına görə, onun başına çəkic və şüşə butulka vurublar. Hazırda reanimasiyadadır.

Rusiyanın Volqoqrad vilayətində İK-19 islah koloniyasına hücum edənlərin adları məlum olub və onlardan bir neçəsinin fotoşəkilləri ortaya çıxıb.

Bu barədə Oxu.Az Rusiya “Telegram” kanallarına istinadən xəbər verir.

1) Özbəkistandan olan 28 yaşlı Ramzindin Toşev – narkotik satışı maddəsi üzrə 8 il müddətinə azadlıqdan məhrum edilib;

2) Tacikistandan olan 28 yaşlı Nazirçon Toşov;

3) Özbəkistandan olan 29 yaşlı Temur Xusinov – qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib;

4) Tacikistandan olan 23 yaşlı Rustamçon Navruzi narkotik satışı maddəsi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
editor.az

10Mənbələr