AZ

Ançelotti ''Milan'' ilə oyundan sonra Arda haqda nə dedi?

''Real'' ABŞ turnesində bu yayın ilk yoxlama oyununu keçirib.

Madrid nəhəngi ''Milan''a 0:1 hesabı ilə məğlub olub. Oyuna start heyətində başlayan Arda Gülər baş məşqçi Karlo Ançelotti tərəfindən fasilədə əvəzlənən 6 futbolçudan biri olub. Matçın ardından Ançelotti türkiyəli ulduzun durumu barədə suala cavab verərkən bunları deyib:

''Hiss olunur ki, Arda tətildə üzərində çox yaxşı çalışıb. Ötən mövsümün sonunda olduğu səviyyədədi. Fiziki cəhətdən və qərarlılıq baxımından əvvəlkindən də güclüdü. Arda mərkəz yarımmüdafiəçisi kimi oynamaqda davam etsə, gələcəkdə tarixin ən yaxşı futbolçularından biri ola bilər. Onun üçün ən yaxşı mövqe oyun qurucusudu. Ya da mərkəzdə bir qədər sağ tərəfə yaxın. Solaxay olduğuna görə sol tərəf onun üçün uğurlu mövqe olmaz. Çünki sağ tərəfdə oyandıqda topu soluna çəkib zərbə vurmaq üçün daha çox fürsəti olur. Qarşıdakı mövsüm Arda üçün çox önəmli olacaq. Çünki komandadakı rolu yavaş-yavaş artacaq''.

ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
14
football-plus.az

10Mənbələr