AZ

Ançelotti Mbappedən necə istifadə edəcək?

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın yeni futbolçusu Kilian Mbappe barədə danışıb.

Publika.az xəbər verir ki, italyan mütəxəssis fransalı forvarddan necə istifadə etməyi planlaşdırdığından bəhs edib:

“Mən görürəm ki, o, öndə oynayacaq, amma kənara daha yaxın olacaq. Düşünürəm ki, yaxşı hücum oyununun açarı hərəkətlilikdir.

Vinisius Juniorun ötən mövsüm harada oynadığını soruşsanız, cavab tapmaq asan olmayacaq. O, sol cinah yarımmüdafiəçisi oynamadı. O, bəzən solda, bəzən də mərkəzdə hərəkət edirdi. Cud Bellingem də sol, sağ və mərkəzdə oynadı. Rodriqo əksər matçlara sağdan başlayırdı, amma bəzən matçlar zamanı onun solda oynadığını görürdüm (gülür). Mobil olmaq çox vacibdir.

Futbolçulara azadlıq vermək istəyirəm. Onlar oyun vəziyyətlərinin öhdəsindən gəlməyi bacarmalıdırlar. "Mançester Siti" ilə matçların birində Rodriqo və Vinisius sol cinahda birlikdə oynadılar ki, biz bundan yararlana bildik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
14
publika.az

10Mənbələr