AZ

Ançelotti ''Real''dan nə vaxt ayrılacaq?

La Liqa nəhəngi ''Real''ın baş məşqçisi Karlo Ançelotti İspaniya mətbuatına açıqlamalar verib.

O, klubdan nə zaman ayrılacağını açıqlayıb, eləcə də yeni transfer Kilian Mbappenin mövqeyi və başqa məqamlar haqda danışıb:
''Real''ın məndən bezdiyini, sıxıldığını gördüyüm anda gələcəyimlə bağlı qərar qəbul edəcəm. Açığı hər hansı bir yığma komandanı çalışdırmağa həvəsli deyiləm. Mən gündəlik çalışmağa üstünlük verirəm. ''Yuventus'', ''Napoli'' və ''Everton''da uğursuz olduğumu düşünmürəm. Bu klubların hər birində çox önəmli təcrübələr qazandım. ''Real'' böyük bir ailədi. Mbappe üçün ideal mövqe tapacağıq. Onu istənilən halda bir mövqeyə yerləşdirəcəm. Futbolçu üzərində çalışmaqla səviyyəsini və oyununu gücləndirə bilər. Amma çempion, qalib ruhu gərək adamın qanında olsun. Bellingemin qanında belə ruh mövcuddu''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
14
football-plus.az

10Mənbələr