AZ

F-16-lar Ukraynaya çatdırılmayıb? - ABŞ təsdiqləmədi

Ağ Ev ABŞ-ın F-16 qırıcılarını Ukraynaya təhvil verdiyini təsdiqləməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi müvafiq suala cavabında bununla bağlı Ukrayna tərəfi ilə əlaqə saxlamaq gərəkdiyini bildirib. "Silahlarımız haqqında qətiyyən danışmayacağam", - deyə o bildirib. Kirbixatırladıb ki, elan edilmiş planlara görə, amerikalı qırıcılar bu yayın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməlidir.

Qeyd edək ki, “Blumberq” nəşri F-16 qırıcılarının ilk partiyasının artıq Ukraynaya təhvil verildiyi barədə məlumat yayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
buta.tv

10Mənbələr