AZ

Moldova hərbi xidmətdən yayınanları Ukraynaya ekstradisiya etməyəcək

Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə Kişinyovun hərbi xidmətdən yayınanları Ukraynaya təhvil verəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib. 

HİT.az xəbər verir ki, bu barədə idarənin "Telegram" kanalında məlumat verilib.

"Baş nazirin müavini və xarici işlər naziri Mihay Popşoy tərəfindən verildiyi iddia edilən yalan bəyanat internetdə yayılıb. O, uydurma faktlara istinad edir və Moldova və Ukrayna arasında dialoq və ikitərəfli münasibətlərdə mövcud olmayan mövzulardan bəhs edir. Mihay Popşoy heç vaxt belə bir bəyanatla çıxış etməyib", deyə məlumatda bildirilir.

İyulun 23-də Ukraynanın Moldovadakı səfiri Mark Şevçenko bildirib ki, Kiyev Ukrayna Silahlı Qüvvələrində xidmətdən yayınanların, ilk növbədə sığınacaq istəməyənlərin Moldova hakimiyyət orqanları tərəfindən vətənlərinə qaytarılması məsələsi ilə bağlı Kişinyovla dialoq aparır. 

Onun sözlərinə görə, Avropa və Moldovada qaçqınların qəbulu sahəsində qanunvericilik “Ukraynanın üzləşdiyi vəziyyətə” uyğunlaşdırılmayıb. Şevçenko Kişinyovla hərbi çağırışçılarla bağlı dialoqu “çətin” adlandırıb, çünki nə qədər ukraynalının Moldova ərazisinə qanunsuz daxil olduğunu dəqiq bilmək mümkün deyil.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
hit.az

10Mənbələr