AZ

Almaniya Ukraynaya daha 8 "Leopard" tankı verib

Almaniya Ukraynaya daha 8 "Leopard" tankı tədarük edib.

 

Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin Kiyevə hərbi yardım siyahısını genişləndirib.

 

Danimarka ilə birgə layihə çərçivəsində daha 8 "Leopard 1A5" tankı və onlar üçün ehtiyat hissələri Ukraynaya təhvil verilib.

 

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Almaniyadan “Gepard” özüyeriyən zenit silahları üçün daha 21 min mərmi, 10 yerüstü pilotsuz uçuş aparatı, 2 “Bergepanzer 2” zirehli təmir-bərpa maşını, 10 radar stansiyası, səhra hospitalı və hərbi qulluqçular üçün sursat alıb.

 

Son dəfə Almaniyanın Ukraynaya hərbi yardımının siyahısı iyulun 8-də yenilənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
modern.az

10Mənbələr