AZ

Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...

Prezident Vladimir Zelenski Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın Murmansk yaxınlığındakı “Olenya” hərbi aerodromuna uğurlu zərbə endirməsi ilə bağlı  az əvvəl mətbuatda açıqlanan məlumatları dolayı yolla təsdiqləyib.O, iyulun 28-də xalqa axşam video-müraciətində müvafiq bəyanatla çıxış edib.
 
Moderator.az bu haqda “UNİAN”-a istinadla xəbər verir. 
 
Ukrayna dövlət başçısı təfərrüatlara varmayıb, amma söhbətin konkret nədən getdiyini anlamağa imkan yaradıb.
 
“Bu gün Ukraynanın uzaq məsafəli döyüşlərini təmin edən əsgərlərimizi qeyd etmək istərdim ki, Baş Kəşfiyyat İdarəsinin 9-cu şöbəsi. Sərhədimizdən təxminən 1800 kilometr məsafədəki hədəfi sərrast vuran Ukrayna əsgərlərinə təşəkkür edirəm”,- deyə dövlət başçısı bildirib.
 
"UNİAN" mənbələrinin məlumatına görə, iyulun 27-nə keçən gecə Ukrayna Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində düşmənin Saratov vilayətinin Engels şəhərindəki, Ryazan vilayətindəki "Dyagilevo" və Murmansk vilayətinin Olenoqorsk şəhərindəki “Olenya” hərbi aerodromlarına hücum edilib. İndiyədək bu məlumatların rəsmi təsdiqi olmayıb.
 
"Olenya" aerodromuna zərbə iki səbəbə görə diqqət çəkir. Birincisi, Ukraynaya qanadlı raketlər atan Rusiyanın strateji raketdaşıyıcı təyyarələrinin əhəmiyyətli bir hissəsi orada yerləşirdi. İkincisi, Ukrayna sərhədindən aerodroma qədər olan məsafə təxminən 1800 km-dir ki, bu da son vaxtlara qədər Müdafiə Qüvvələri üçün keçilməz maneə olub.
Moderator.az-ın araşdırmasından o da bəlli olub ki, SSRİ-nin 1961-ci ildə istehsal etdiyi "Çar Bomba" adlı 57 meqatonluq ilk hidrogen bombasını məhz “Olenya” hərbi aerodromundan havaya qalxan “Tu-95B” təyyarəsi tərəfindən Novaya Zemlya adasına atılmaqla sınaqdan keçirib. SSRİ-nin bu bombası Xirosimaya atılan bombadan 3800 dəfə güclü olub. Novaya Zemlyada həyata keçirilən sınaq zamanı yaranan alov topu 965 km aralıdan da görünüb...
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
15
moderator.az

10Mənbələr