AZ

Ağ Ev F-16-ların Ukraynaya təhvil verilməsini təsdiqləmədi

Ağ Ev ABŞ-nin F-16 qırıcılarını Ukraynaya təhvil verdiyini təsdiqləməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib

O, silahların verilməsi barədə danışmayacağını deyib:

“Ukrayna tərəfi ilə əlaqə saxlamalıyıq. Mən qətiliklə silahlarımız haqqında danışmayacağam"

Daha əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Danimarka və Hollandiyadan gələn təyyarələrin ilk partiyası “artıq yoldadır”.

Bu məlumatı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da təsdiqləyib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
2
teleqraf.com

10Mənbələr