AZ

234 qadına qarşı 36 kişi: Qadınlar niyə daha çox yaşayır?

"Burada iki faktor var. Birincisi qadınların müəyyən hissəsinin doğurdan da uzunömürlü olması, ikincisi isə bəzi qadınların yaşlarının şişirdilməsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı ilə bağlı statistikadan danışarkən deyib. 

Sosioloq bunu yalançı statistika hesab edir:

"Bir vaxtlar mən bu problemi araşdırmışam. Yəni mənə tanış məsələdir. Qadınların bir hissəsi həqiqətən də uzunömürlüdür. Bunun tibbi nöqteyi-nəzərdən izahı var. Qadınlar uşaq dünyaya gətirəndə qan təzələnməsi olur. Fiziki işlərin çoxluğu da mühüm amildir. Qadınlar evdə çox işlər görürlər. Yəni bir çox amillər qadınları uzunömürlü edir. Amma bu sahədə həm də bir yalançı statistika var. Bunu çoxları bilməsə də, mən dəqiq bilirəm. Sovet İttifaqı yeni qurulanda yaşlı kişilər cavan qızlarla ailə həyatı qurardılar. Amma Sovet dövründə bunun üzə çıxmasından qorxurdular. İstəmirdilər kimsə bilsin ki, 40 yaşında kişi gedib 14 yaşında qız alıb".

Sosioloq deyib ki, yalançı statistika həmin dönəmdə yaranıb:

"Məsələn, bizim kənddə qonşumuz Fatma xala ilə anam eyni ayda anadan olublar, uşaqlıq dostu olublar. Bir gün eşitdik ki, Fatma xalanın 100 yaşı tamam olur. Həmin vaxt anamın 79 yaşı var idi. Bu necə olur? Dedilər ki, o vaxt Fatma ailə quranda mollaya ərə gəlib, yaşını gizlədiblər. Həmin vaxt qadınlar çarşabda olduğundan üzləri görünmürdü. Qapıdan soruşublar ki, necə yaşın var? O da özünə uyğun bir yaş deyib. Əhalini siyahıya alanda belə yalançı statistika çox olub". 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı açıqlanıb. 2024-cü ilin iyun ayında yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib. Onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
hit.az

10Mənbələr