AZ

Bazarlarda meyvə-tərəvəz niyə bahadır? — SƏBƏB

Son vaxtlar bazar və marketlərdə mövsümi meyvə-tərəvəzin qiymətində kəskin bahalaşma müşahidə edilir. 

Bu, bahalaşmanı yaz-yay aylarında havaların yağmurlu keçməsi, bəzi regionlarda sel müşahidə olunması ilə əlaqələndirirlər. 

Bəs, qiymət artımına təsir göstərən əsas səbəb nədir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, iqlim faktorunun əhalinin xeyrinə işləməməsi də bazara çıxarılan məhsulun həcmini ötən il ilə müqayisədə daha az edir. 

Xalid Kərimli qeyd edib ki, meyvə-tərəvəzin bazara daha az həcmdə gəlməsi onun bahalaşma səbəblərindən biridir:  


“Mövsümü meyvə-tərəvəzin ötən illə müqayisədə baha olmasının bir sıra səbəbləri var. Aprel, may, iyun aylarında hava ilə əlaqədar dolu və selin düşməsi məhsuldarlıqda və əmtəəlik məhsulun həcmində problem yaradıb. Çünki meyvə-tərəvəzin qiyməti bazara çıxarılan faktordan asılıdır. Həcm kütləvi şəkildə çıxarılan da qiymət düşür. Çünki meyvə tez xarab olan və çətin saxlanılandı. Üstəgəl, fermerlər çalışırlar ki, əllərindəki məhsulu topdan satış ilə ixrac etsinlər. Bu da qiymət artımına təsir edir. Məsələn, pomidorun ötən illə müqayisədə ixracı artıb. Ötən il 108 min ton pomidor ixrac edilmişdisə, bu ilin yarım illiyində 114 min ton pomidor ixrac edilib. 

Qiymətin yüksək formalaşmasında təsir edən amillərdən biri də ümumi inflyasiya səviyyəsidir. Əvvəlki illərdə ciddi surətdə pulun dəyərdən düşməsi baş verib. Bu işlə məşğul olan fermerlər də qiymət artımından əziyyət çəkirlər. Bunu da məhsulun maya dəyərində məhsulun qiymətini bahalaşdıraraq kompensasiya etməyə çalışırlar. Digər məqam isə super market şəbəkələrinin artan roludur. Artıq insanlarda market şəbəkələrindən alış--veriş vərdişi formalaşıb. Supermarketlərdən alış-veriş məhsulun ənənəvi bazardakı qiymətindən yüksək olur. Çünki marketlərdə qiymət əmələ gəlmə zəncirində xərclər çox olur. Marketlər məhsulu fermerdən yox, tədarükə toplanış yerlərindən alır. Bu da əlavə xərc artımı olur”. 

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
9
demokrat.az

9Mənbələr