AZ

Meyvə-tərəvəz bazarında kəskin bahalaşma: "Səbəb yağış və qıtlıq deyil"

“Son vaxtlar bazar və marketlərdə mövsümi meyvə-tərəvəzin qiymətində kəskin bahalaşma müşahidə edilir. Düzdür, bahalaşmada son vaxtlar havaların yağmurlu keçməsi, bəzi regionlarda sel müşahidə olunması da rol oynadı. Amma bu, əsas faktor deyil”.




Bunu Bakupost.az -a iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, təbii amillər iş prosesinə təsir etsə də, bu, o qədər də uzun müddət davam etmədi.

P.Heydərovun sözlərinə görə, "haranısa sel suları apardı, aqrar istehsal ilə məşğul olanların məhsulunu dolu, külək məhv etdi, ona görə qıtlıq yarandı" demək düzgün olmaz:

"Çünki yağışlar məhsuldarlığa ziyan vursa da, ölkədə irimiqyaslı təbii fəlakət baş verməyib. Ona görə də bahalaşmanı sırf bununla əlaqələndirmək düzgün deyil. Həm də bu cür təbiət hadisələri əvvəlki illərdə də baş verib. Amma belə qiymət artımı müşahidə edilməyib. Meyvə-tərəvəzin qiymətinin baha olması heç də onun az olması, qıtlıqla bağlı deyil. Səbəb sırf kəndlinin, sahibkarın bazara çıxış imkanlarının məhdud olması ilə əlaqədardır".

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
9
bakupost.az

9Mənbələr