AZ

Meyvə-tərəvəz qıtlığı və bahalaşma... - Səbəb nədir?

“Yaz-yay ayları hava əlverişsiz və qeyri-sabit keçdi. Ayrı-ayrı yerlərdə güclü külək, dolu, tufan, sel müşahidə olundu. Bütün bunlar meyvə-tərəvəzin məhsuldarlığına ciddi təsir etdi. Məhsuldarlıq aşağı düşdü. Bu da bazara daha az meyvə-tərəvəzin çıxmasına səbəb oldu. Meyvə-tərəvəzin azlığı isə göründüyü kimi, qiymətləri xeyli yüksəldir”.




Bunu Bakupost.az -a iqtisadçı ekspert Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, havası sabit olan ərazilərdə yetişən meyvə-tərəvəz digərlərinə nisbətən ucuzdur:

“Məsələn, qarpızın qiyməti artıq 40-50 qəpiyə düşüb. Qarşıdakı həftələrdə bu məhsulun qiyməti bir qədər də ucuzlaşa bilər. Yemiş isə bir manata düşüb. Xiyar, pomidor əsasən, Azərbaycanın şimal və cənub bölgələrində əkilir. Hər iki ərazidə qeyri-sabit hava şəraiti hökm sürdü, yağıntılar çox oldu. Bu da məhsuldarlığa və nəticə etibarilə qiymətlərə özünü yansıdır. Meyvə-tərəvəzlərin qiymətindəki artım qıtlıqla əlaqəlidir. Qıtlığın olması isə hava şəraiti ilə bağlıdır”.

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
9
bakupost.az

9Mənbələr