AZ

Ölkədəki meyvə-tərəvəzlərin böyük qiymət fərqi - səbəb nədir?

Hamıya məlumdur ki, rayonlardan paytaxta gətirilən  meyvə-tərəvəz müxtəlif ərazilərdə fərqli qiymətlərə satışa çıxarılır. Bir çox hallarda meyvənin maya dəyərindən çox yüksək qiymətə satıldığına rast gəlirik.
 
Bunun səbəblərini, bu qiymət bölgüsünün necə müəyyən olunduğu haqqında iqtisadçı ekspert Pərviz Heydərov və Eyyub Kərimli Moderator.az-a danışdı. 
 
Açıqlamanı təqdim edirik: 
 
 
 
Pərviz Heydərov:
 
“Meyvə-tərəvəz, ümumiyyətlə kənd təsərrüfatı məhsullarının bazarlarda müxtəlif qiymətlərə təklif olunması bilavasitə həmin bazarlardakı yerhaqqı ilə bağlıdır. Həmin bazarlarda müvafiq məhsullar üzrə satış xidmətinin həyata keçirilməsi üçün müxtəlif ödənişlər tələb olunur. Ümumiyyətlə, ölkəmizdə meyvə-tərəvəz tədarüklərini, kənd təsərrüfatı məhsullarını bazarlara çıxışı məsələsində həm logistik maneə və problemlər mövcuddur, həm də o bazarların özünə çıxış məsələsində subyektiv maneələr var. Düzdür, müxtəlif kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Amma bu cür addımlar "yaranı" sağalda bilməz. Əsas məsələ  ondan ibarətdir ki, həmin o kənd təsərrüfatı məhsullarının, meyvə-tərəvəz tədarüklərinin adi, stasionar bazarlara çıxış imkanları sərbəst xarakter daşısın və bazardan-bazara müxtəlif meyvə-tərəvəz tədarükçüləri, kənd təsərrüfatı istehsalçıları üçün öz əldə etdikləri məhsulları reallaşdırmaq imkanları bərabər, eyni xarakter daşısın. Ona görə də meyvə-tərəvəz tədarükü edən kəndlilərin, kiçik fermerlərin bəzən məhsulları əllərində qalır, yerlərdə xarab olur. Həmin qiyməti yüksək məhsullara ölkə üzrə tələbat qeydə alınır deyə, həmin məhsulların qiyməti maya dəyərindən çox yüksək təşəkkül tapır. Ümumiyyətlə, ölkədə rayon, kəndlərdən meyvə-tərəvəz tədarüklərinin, kənd təsərrüfatı məhsullarının istehsalçılarının iri sənaye şəhərlərində bazarlara çıxış imkanları dövlət tərəfindən diqqət mərkəzinə alınmalıdır. Bilavasitə hökümət tərəfindən elə bir mexanizm, şərait yaradılmalıdır ki, sözügedən istehsalçı və tədarükçülər məhsullarını maneəsiz istənilən bazara çıxara bilsinlər. Həmin məhsulların reallaşdırılması məsələsində heç bir subyektiv maneələrlə üzləşməsin. Bunun üçün həmin məhsulların satış bazarlarının, marketlərin, mağazaların və s. inhisarçı mövqeləri aradan qaldırılmalı və buna qarşı mübarizə aparılmalıdır.” 
 
Ekspertdən çağırış: “Bahalı restoranları boykot edin”
 
Eyyub Kərimli:
 
“Kənd təsərrüfatı məhsullarının bu gün Bakı şəhərində, müxtəlif ərazilərdə fərqli qiymətə satılması təbii bir prosesdir. Çünki azad rəqabət iqtisadiyyatında yaşayıb, fəaliyyət göstəririk.  Bazarlarda qiymətin daha ucuz olması oradakı rəqabətin, təklifin daha çox olması ilə bağlıdır. Kəndlərdən göndərilən məhsullar öncə bazarlara gətirilir. Digər istiqamətlərdə bazarların olması əsasən də ərzaq məhsullarının qiymətini mağazalarda baha müşahidə edirik. Bu da ondan asılıdır ki, o mağazalar  ikinci bazar iştirakçılarıdır. Daha çox onlar topdansatış müəssisələrindən alaraq öz mağazalarında meyvə-tərəvəzləri satırlar və bu da qiymətlərin artımına səbəb olur. Həmçinin, bəzi yerlərdə, hesab edirəm ki, rəqabətin az olması bu sahədə qiymətlərin baha olmasına səbəb olur. Digər tərəfdən, mağazaların çoxu icarə olduğuna görə bu da maya dəyərinə təsir göstərir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
9
moderator.az

9Mənbələr