AZ

KomandaQəbələdə bədii gimnastika üzrə VIII bölgələrarası kubok keçirilib

Qəbələdə bədii gimnastika üzrə VIII bölgələrarası kubok keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yarış Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunub.

İştirakçılar arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksi yer alıb.

Ümumilikdə kubokda 100-ə yaxın gimnast bir araya gəlib. Onlar fərdi hərəkətlərdə balacalar (2016, 2015 və 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013, 2012 və 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış ediblər. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə aparıblar.

Sonda ilk 3 yeri tutan idmançılara medallar, diplomlar və mükafatlar təqdim olunub.

Qeyd edək ki, bədii gimnastika üzrə bölgələrarası kubok ötən il Lənkəranda təşkil olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
far.az

10Mənbələr