AZ

KomandaQəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçirilib

Qəbələdə bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçirilib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, kubok yarışı Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunub.

Milli yarışın iştirakçıları arasında Şəki Olimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş və Şamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiya İdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdman Kompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evi və Sumqayıt Olimpiya İdman Kompleksi yer alıb.

Ümumilikdə, kubokda Azərbaycanın dörd bir tərəfindən 100-ə yaxın gimnast bir araya gəlib. Kubokda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il, 2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış ediblər. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedib.

Sonda 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılara medallar, diplomlar və mükafatlar təqdim olunub.

Qeyd edək ki, bədii gimnastika üzrə bölgələrarası kubok ötən il Lənkəranda təşkil olunmuşdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
6
far.az

10Mənbələr