AZ

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Tərtər, 29 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin ikinci günündə 2014-2016-cı il təvəllüdlü balacalar, 2011-2013-cü il təvəllüdlü yeniyetmələr və 2009-2010-cu il təvəllüdlü gənclər çıxış edəcəklər.

Yarışda Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), “Ocaq Sport” Klubu, “Ocaq Sport” Klubunun Hövsan və Zaqatala bölmələri, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, “Grasiya” İdman Klubundan, ümumilikdə, 130 idmançı istedad və hazırlığını nümayiş etdirir.

Birinciliyə bu gün yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
7
azertag.az

8Mənbələr