AZ

Bədii gimnastika üzrə 8-ci bölgələrarası kubok keçirilib (YENİLƏNİB)

Bakı. Trend:

9 iyul tarixində Qəbələ Olimpiya İdman Kompleksində bədiigimnastika üzrə 8-ci bölgələrarası kubok keçirilib.

Trend xəbər verir ki, milli yarışın iştirakçıları arasında ŞəkiOlimpiya İdman Kompleksi, "Ocaq Sport" Klubunun Zaqatala, Ağdaş vəŞamaxı bölmələri, Oğuz Olimpiya İdman Kompleksi, Qəbələ Olimpiyaİdman Kompleksi, Şirvan Olimpiya İdman Kompleksi, Masallı Olimpiyaİdman Kompleksi, Gəncə Olimpiya İdman Klubu, Abşeron Olimpiya İdmanKompleksi, Gəncə Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdmanKompleksi, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəmkir Gənclər Evivə Sumqayıt Olimpiya İdman Kompleksi yer alır.

Ümumilikdə, yarışda Azərbaycanın dörd bir tərəfindən 66 gimnastbir araya gəlib.

Kubokda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il,2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2013-cü il,2012-ci il, 2011-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu iltəvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qruphərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) vəyeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarındamübarizə gedib.

Sevindirici haldır ki, ötən il Lənkəranda təşkil olunanbölgələrarası kubokla müqayisədə bu il iştirak edən idmancəmiyyətləri və idmançıların sayında əhəmiyyətli dərəcədə artımnəzərə çarpır. Bu o deməkdir ki, bölgələrdə idmana, xüsusəngimnastikaya marağın artırılması istiqamətində gördüyümüz işlər öznəticəsini verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
6
az.trend.az

10Mənbələr