AZ

"Boeing" niyə 243,6 milyon dollar ödəyəcək?

ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin martında Efiopiyada və 2018-ci ilin oktyabrında İndoneziyada 346 nəfərin ölümü ilə nəticələnən “737 Max” tipli iki təyyarənin qəzaya uğraması ilə bağlı Boeing şirkəti ilə razılığa gəldiyini açıqlayıb.

News24.az xəbər verir ki, müqaviləyə əsasən, müstəqil auditorlar Boeing-in təhlükəsizlik və keyfiyyət prosedurlarını 3 il müddətində yoxlayacaq. Şirkət 243,6 milyon dollar cərimə ödəyəcək. Şirkət uyğunluq və təhlükəsizlik proqramları üçün ən azı 455 milyon dollar ayıracaq.

Adının açıqlanmasını istəməyən Ədliyyə Nazirliyinin rəsmisi müqavilənin yalnız Boeing-in Efiopiya və İndoneziyadakı qəzalardan əvvəl səhvlərini əhatə etdiyini, 5 yanvar 2024-cü ildə “737 Max”in təcili enişinin müqaviləyə daxil olmadığını qeyd edib. 

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
news24.az

10Mənbələr