AZ

Boeing təyyarə qəzalarına görə 243,6 milyon dollar ödəyəcək

Bakı,TurkicWorld

ABŞ-ın təyyarə istehsalçısı Boeing iki 737 Max tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 243,6 milyon dollar ödəməyə razılaşıb.

TurkicWorld xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin martında Efiopiyada və 2018-ci ilin oktyabrında İndoneziyada 346 nəfərin ölümü ilə nəticələnən 737 Max tipli iki təyyarənin qəzaya uğraması ilə bağlı Boeing şirkəti ilə razılığa gəldiyini açıqlayıb.

Razılaşmaya əsasən, müstəqil auditorlar Boeing-in təhlükəsizlik və keyfiyyət prosedurlarını üç il müddətində yoxlayacaq və şirkət 243,6 milyon dollar cərimə ödəyəcək.

Şirkət uyğunluq və təhlükəsizlik proqramları üçün ən azı 455 milyon dollar ayıracaq.

Boeing ilə əldə edilən razılaşmanın iyulun 19-na qədər Texas məhkəməsinə təqdim ediləcəyini açıqlansa da, iki qəzada həyatını itirənlərin ailələri razılaşmanın rədd edilməsi üçün müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, 29 oktyabr 2018-ci il tarixində İndeoneziya Hava Yollarına məxsus Boeing 737 Max 8 tipli təyyarə Cakartadan Sumatra adasındakı Panqkal Pinanq şəhərinə qalxdıqdan az sonra dənizə düşüb. Qəzada 189 nəfər həyatını itirib. 10 mart 2019-cu ildə Efiopiya Hava Yollarına məxsus Boeing “737 Max 8” tipli sərnişin təyyarəsi Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və göyərtəsində olan 157 nəfərin hamısı həlak olub. Efiopiyada baş verən qəzadan sonra Türkiyə, Çin, Efiopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya və Avstriya kimi bir çox ölkə Boeing 737 Max tipli təyyarələrin fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
146
7
turkic.world

10Mənbələr