AZ

Boeing günahını etiraf edib

Boeing, ABŞ Ədliyyə Departamenti ilə razılaşmanın bir hissəsi olaraq, 346 nəfərin ölümünə səbəb olan iki 737 MAX təyyarəsinin qəzası ilə bağlı  günahını etiraf edib. Bu barədə Reuters xəbər verib.

Müqavilə təsdiqlənərsə, Boeing 243,6 milyon dollar cərimə ödəməli və uçuş təhlükəsizliyinin yaxşılaşdırılması proqramları üçün daha 455 milyon dollar ayırmalıdır.  İllik ictimai tərəqqi hesabatları müstəqil müşahidəçi tərəfindən tərtib olunacaq.

Agentlik bildirir ki, günahın etirafı şirkətin ABŞ Müdafiə Nazirliyi və NASA kimi təşkilatlardan gəlirli dövlət müqavilələri almaq imkanlarını məhdudlaşdıracaq. 

737 MAX təyyarəsində ilk qəza 2018-ci ilin oktyabrında İndoneziya Lion Air-ə məxsus praktiki olaraq yeni  təyyarə havaya qalxdıqdan 12 dəqiqə sonra baş verib. Təyyarə dənizə çırpılıb. Onun  göyərtəsində olan 189 nəfərdən heç biri sağ qalmayıb. 
 
İkinci 737 MAX təyyarəsində qəza  birincidən altı ay sonra  baş verib. Belə ki, Efiopiya Ehtiopean Hava Yollarının praktiki olaraq yeni Boeing 737 MAX təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.  Təyyarə qəzasında 157 nəfər həlak olub.

Hər iki halda qəzanın əsas səbəbi müəyyən şərtlər altında təyyarənin burnunu avtomatik aşağı endirən Manevr Xarakteristikalarını Artırma Sisteminin (MCAS) nasazlığı olub.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
1
anews.az

10Mənbələr