AZ

"Boeing" iki təyyarəsinin qəzaya uğraması səbəbindən 243,6 milyon dollar ödəyəcək

"Boeing" iki təyyarəsinin qəzaya uğraması səbəbindən 243,6 milyon dollar ödəyəcək

ABŞ-ın təyyarə istehsalçısı “Boeing” iki “737 Max” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 243,6 milyon dollar ödəməyə razılaşıb.ABŞ Ədliyyə Nazirliyi 2019-cu ilin martında Efiopiyada və 2018-ci ilin oktyabrında İndoneziyada 346 nəfərin ölümü ilə nəticələnən “737 Max” tipli iki təyyarənin qəzaya uğraması ilə bağlı "Boeing" şirkəti ilə razılığa gəldiyini açıqlayıb.Müqaviləyə əsasən müstəqil auditorlar "Boeing"in təhlükəsizlik və keyfiyyət prosedurlarını 3 il ərzində yoxlayacaq. Qeyd edilib ki, şirkət 243,6 milyon dollar cərimə ödəyəcək və şirkət uyğunluq və təhlükəsizlik proqramları üçün ən azı 455 milyon dollar ayıracaq.Adının açıqlanmasını istəməyən Ədliyyə Nazirliyinin rəsmisi müqavilənin yalnız "Boeing"in Efiopiya və İndoneziyadakı qəzalardan əvvəl səhvlərini əhatə etdiyini, 5 yanvar 2024-cü ildə “737 Max”in təcili enişinin müqaviləyə daxil olmadığını qeyd edib.Ədliyyə Nazirliyi "Boeing" ilə əldə etdikləri razılaşmanın iyulun 19-na qədər Texas məhkəməsinə təqdim ediləcəyini açıqlasa da, iki qəzada həyatını itirənlərin ailələri razılaşmanın rədd edilməsi üçün müraciət edəcəklərini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
2
afn.az

10Mənbələr