AZ

Orban Ukraynanın Aİ-yə üzvlüyü barədə: “Bu, yaxşı hal deyil..”

“Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları siyasi motivli hesab edir. Çünki qeyri-müəyyənliklərin tam siyahısı var”.

Medianews.az “TASS”a istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macarıstan hökumətinin başçısı qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlük məsələsini müzakirə etməzdən əvvəl, ərazisində döyüşlər gedən ölkənin birləşdirilməsinin hansı nəticələrə gətirib çıxaracağını öyrənmək lazımdır. Viktor Orban həmçinin belə böyük ölkəyə qoşulmağın Aİ-də kənd təsərrüfatı ilə bağlı vəziyyətə necə təsir edəcəyi ilə maraqlanıb.

“İndi biz bu məsələlərlə bağlı aydınlıq olmadan danışıqlara başlayırıq, bu, yaxşı hal deyil. Bu, sırf siyasi motivli bir prosesdir”, – deyən baş nazir, Budapeştin danışıqların başlamasına mane olmayacağını qeyd edib.

Xatırladaq ki, Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar iyunun 25-də Lüksemburqda başlayacaq. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, yeni ölkələrin Aİ-yə daxil olması üçün qısa yollar olmayacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində bildirib ki, Ukrayna və Moldova ilə danışıqlar illərlə və onilliklərlə davam edə bilər. Kreml nümayəndəsi hesab edir ki, Aİ-nin genişlənməsi blokun mövcudluğu perspektivlərinə çox mənfi təsir göstərə bilər.

Kamilə ORUCOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
medianews.az

10Mənbələr