AZ

İki sabiq sovet respublikası Avropa İttifaqına daxil olur

 
"Ukrayna Avrpopa İttifaqına daxil olmaq üçün zəruri meyarlara uyğundur və Kiyevin bu sahədə göstərdiyi səylər Avropa məmurlarını qane edib..."
 
Avropa İttifaqı Şurası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqların başlanması tarixini təsdiq edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Belçikanın Avropa İttifaqındakı nümayəndəliyi "X" sosial şəbəkısində məlumat verib. Məlumatı "kommersant.ru" nəşri yayıb.
 
Məlumatda deyilir ki, danışıqlar iyunun 25-də Lüksemburqda başlayacaq. Ukrayna ilə hökumətlərarası konfrans yerli vaxtla saat 15:30-da, Moldova ilə saat 18:00-da planlaşdırılıb. 
 
Ukraynanın Avropa İttifaqına daxil olması haqqında danışıqların başlanması barədə prinsipial qərar bu ilin iyun ayının əvvəlində Avropa Komissiyası tərəfindən səsləndirilib.
 
Belə nəticəyə gəlinib ki, Ukrayna Avropa İttifaqına daxil olmaq üçün zəruri meyarlara uyğundur. Kiyevin bu sahədə göstərdiyi səylər Avropa məmurlarını qane edib. 
 
Söhbət o cümlədən korrupsiyaya qarşı islahatlar, siyasi lobbiçiliyin məhdudlaşdırılması, məmurlar üçün aktivlərin bəyan edilməsi qaydaları və milli azlıqların dilinin müdafiəsindən gedir. 
 
Bunun əsasında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara iyulun əvvəlinədək başlamağı tövsiyyə edib. 
 
İyunun 14-də Avropa İttifaqı dövlətlərinin daimi nümayəndəlikləri Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqlar üçün çərçivələri prinsipcə təsdiq edib.
 
Bu zaman Macarıstan "Ukraynanın milli azlıqlara münasibətdə kifayət qədər tərəqqi əldə etmədiyinə" təkid edərək qərarı əngəlləməyə cəhd edib.
 
Lakin Budapeştin tələblərinin nəzərə alınacağı ilə bağlı vədlərdən sonra Macarıstan vetosunu geri götürüb. 
 
Ukrayna Rusiyanın 2022-ci ilin fevralında geniş miqyaslı müharibəsinin başlanmasından sonra tez bir zamanda Avropa İttifaqına daxil olması üçün sorğu verib.
 
Kiyevin sorğusu rekord qısa müddət ərzində qəbul edilib və həmin ilin iyun ayında Ukrayna Avropa İttifaqında namizədlik statusu əldə edib. 
 
Avropa İttifaqına daxil olma prosesi üç mərhələdən ibarətdir. Əvvəlcə Avropa İttifaqının məmurları danışıqlar mövzularını müəyyən edir və namizəd ölkənin qanunvericiliyinin Avropa İttifaqını norma və standartlarına uyğunluq üzrə tələblərini irəli sürür. 
 
Bundan sonra Avropa Komissiyası üzvlüyə namizəd ölkənin birliyin üzvü olması hazırlığı barədə rəy verir. Bundan sonra hökumətlərarası konfrans çağırılır və burada tərəflər birliyə qoşulmaq haqqında müqavilə imzalayır.
 
Bu müqavilə Avropa İttifaqının bütün ölkələrinin parlamentləri tərəfindən təsdiq edilməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
9
moderator.az

10Mənbələr