AZ

Avropa Komissiyası bu ay Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamağı planlaşdırır

Avropa Komissiyası (AK) Ukrayna ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara iyunda başlamağı planlaşdırır.

Editor.az bu barədə Financial Times-a istinadla (FT) xəbər verir. Nəşrin mənbələrinə görə, AK Macarıstanın Avropa İttifaqına sədrliyi başlamazdan əvvəl bu yolla Kiyevə dəstəyini göstərmək istəyir. İyunun 7-də o, Ukraynanın indi cəmiyyətə qoşulmaq üçün lazımi meyarlara, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərinə, siyasi lobbiçiliklə bağlı məhdudiyyətlərə, dövlət qulluqçularının əmlaklarını bəyan etmə qaydalarına və milli azlıqların istifadə etdiyi dillərin qorunmasına cavab verib- vermədiyinə diqqət çəkib.

İyulun 1-də Macarıstan Aİ Şurasının müvəqqəti prezidenti postunda Belçikanı əvəz edəcək. Budapeştin bu vəzifədə səlahiyyətləri altı ay, 2024-cü ilin sonuna qədər davam edəcək.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
9
editor.az

10Mənbələr