AZ

"Ukrayna Avropa İttifaqına daxil olmaq barədə danışıqlara hazırdır" - "Financial Times"

 
"Brüsselin tövsiyələri Avropa İttifaqının bütün ölkələrinin yekdil rəyini tələb edir və Macarıstanın buna etiraz edəcəyi gözlənilir..."
 
Avropa Komissiyası artıq bu ay, Macarıstanın blokda rotasiya qaydasında sədrliyi üzərinə götürənədək Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqlara başlamağı tövsiyə edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumatlı mənbəyə istinadən yazıb.
 
"Komissiya bu ay hər iki ölkənin onların Avropa İttifaqına can atmasına müsbət siqnal vermək üçün Kiyev və Kişinyovla rəsmi danışıqların başlanmasına təkid edir. 
 
Cümə günü Komissiya Ukraynanın bundan öncə antikorrupsiya tədbirləri, siyasi lobbiçiliyə qoyulan məhdudiyyətlər, dövlət qulluqçularının aktivlərinin bəyannamə qaydaları və milli azlıqların istifadə etdiyi dillərin müdafiəsi daxil olmaqla icra edilməyən meyarlara indi uyğun gəldiyini bəyan edəcək", - nəşr yazıb.
 
Eyni zamanda Brüsselin xəbərdarlıqlarına rəğmən, "xarici agentlər" haqqında qanunu qəbul edən Gürcüstana belə tövsiyələr verilməyəcək.
 
Nəşr qeyd edir ki, Brüsselin tövsiyələri Avropa İttifaqının bütün ölkələrinin yekdil rəyini tələb edir və Macarıstanın o cümlədən Kiyevin macar azlığına qarşı münasibətini nəzərə alaraq etiraz edəcəyi gözlənilir.
 
Bundan başqa, Avropa İttifaqının yüksək vəzifəli diplomatının sözlərinə görə, Budapeştin Ukraynada milli azlıqların hüquqlarına dair, o cümlədən Komissiyanın şərtləri çərçivəsindən kənara çıxan qeyri-Ukrayna dillərinin istifadəsi ilə bağlı əlavə problemləri var.
 
Macarıstan iyulun 1-də rotasiya qaydasında Avropa İttifaqına sədrliyi qəbul edəcək, bu da ona Ukrayna ilə bağlı məsələlərin müzakirə ediləcəyi iclasların gündəliyinin formalaşmasına əlavə təsir imkanları verəcək.
 
Hazırda Avropa İttifaqında sədrlik edən Belçika yekdil rəyə nail olmağa və estafeti Macarıstana ötürməzdən öncə iyunun 25-də Avropa İttifaqına daxiı olmaq barədə danışıqların birinci raundunu keçirməyə ümid edir.
 
Ukraynanın Avropa İttifaqına daxil olması - bəlli olanlar
 
Ukrayna 2022-ci ildə Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqına üzvlüklə bağlı sorğu verib və 2022-ci ilin iyununda namizədlik statusu əldə edib.
 
Mayın əvvəlində prezident Vladimir Zelenski məlumat verib ki, Ukrayna Avropa İttifaqına daxil olmaqla bağlı danışıqlara faktiki olaraq start verilməsinə çox yaxındır.
 
Bundan öncə Aİ-də hazırda sədrlik edən Belçikaya məktubunda Aİ-nin on iki üzv ölkəsi Brüsselə artıq iyun ayında Ukrayna və Moldovanın üzlüyü barədə rəsmən danışıqlara başlamağa çağırış edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
9
moderator.az

10Mənbələr