AZ

Ukrayna Avropa İttifaqına üzvlük danışıqlarına hazırdır - Rəsmi Berlin

Almaniya hökuməti bəyan edib ki, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın Avropa işləri naziri Anna Luhrmann deyib.

 

"Almaniya hökumətinin fikrincə, Ukrayna iyun ayında Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq üçün bütün tələbləri yerinə yetirir", - o bildirib.

 

Nazir bütün Aİ ölkələrini "danışıqların çərçivəsi ilə bağlı tez bir zamanda razılaşmağa" çağırıb.

 

Bundan əvvəl "Bloomberg" yazıb ki, Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti Macarıstan Aİ Şurasının sədri olana qədər iyulun 1-dən əvvəl Ukrayna ilə danışıqlara başlamaq istəyir. Eyni zamanda, nəşrin həmsöhbətlərinin fikrincə, Budapeşt Aİ ölkələri tərəfindən yekdilliklə qəbul edilməli olan danışıqlara başlamaq qərarına mane olmaqda davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
9
modern.az

10Mənbələr