AZ

Avro-2024-də çıxış edən ulduz futbolçu bu gözəldən görün hansı xəbəri gözləyir

Bu günlər İtaliya millisinin qapıçısı Canluici Donnarumma üçün olduqca gərgin keçir. Onun fikri 2 istiqamətə yönəlib. Birincisi, ölkəsinin yığması ilə Avro-2024-də çıxış edir. İkincisi isə bu günlərdə ata olmağa hazırlaşır.

Publika.az bu məqamda sizi Alessiya Elefante ilə tanış edir. İtalyan gözəl Donnarummanın sevgilsidir.

Alessiya 1999-cu ilin mayın 25-də anadan olub. Ötən ay 25 yaşını qeyd edi . O, Donnarummadan düz 3 ay kiçikdir.

Alessiya və Cici 2017-ci ildən birlikdədirlər. Həmin vaxt 18 yaşı olan Donnarumma artıq "Milan"ın ulduzu idi. Hətta İtaliya Super Kubokunu belə qazanmışdı.

Bəzi mətbu orqanlar italyan gözəli qapıçının həyat yoldaşı adlandırsalar da, cütlüyün toyu olduğuna dair heç bir sübut yoxdur. Elefantenin sosial şəbəkələrdə ağ gəlinlikdə fotosunu tapmaq mümkün deyil.

2021-ci ildə cütlük Parisə köçüb. Buna səbəb Cicinin PSJ ilə uzunmüddətli müqavilə imzalaması olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
publika.az

10Mənbələr