AZ

AVRO-2024: Premyer Liqadan 96 futbolçu 21 yığmada - FOTO

Sabah Almaniyada futbol üzrə 17-ci Avropa çempionatı start götürəcək. Qitənin 24 yığması kuboku qazanmaq uğrunda yarışacaq.

İdman.biz çempionatın işitrakçıları ilə bağlı bəzi rəqəmləri təqdim edir.

"Mançester Siti" və "İnter" ən çox futbolçu ilə

AVRO-2024-də 218 klubun üzvləri forma geyinmək şansı qazanıb. Ötən il Çempionlar Liqasının finalında qarşılaşan “Mançester Siti” və “İnter” siyahıya liderlik edirlər. Bu komandaların 13 oyunçusu Almaniyada meydana çıxmaq şansı qazanıb. Növbəti iki pillədə 12 futbolçu ilə Madrid “Real”ı və PSJ yer alıb. Almaniya təmsilçiləri “Bavariya” və “Leypsiq”, eləcə də “Barselona”da bu rəqəm 11-ə bərabər olacaq.

“Mançester Siti”, “İnter” – 13 futbolçu
“Real”, PSJ – 12
“Bavariya”, “Leypsiq”, “Barselona” – 11
“Bayer L”, “Arsenal” – 10
“Slaviya”, “Roma”, “Liverpul”, “Yuventus”, “Bolonya” – 9
“Milan”, “Mançester Yunayted” – 8
“Şaxtyor”, “Feyenoord”, “Fənərbaxça”, “Brentford”, “Borussiya D”, “Atletiko” – 7

Premyer Liqa və A Seriyası lider mövqeyində

Premyer Liqada çıxış edən futbolçular Avropa çempionatında çoxluq təşkil edəcək. Dünyanın ən yaxşı çempionatından 96 oyunçu AVRO-2024-də yollanıb. Aşağı liqaları da nəzərə alsaq İngiltərədən oynayan 114 futbolçu Almaniyada təmsil olunmaq hüququ əldə edib.

A Seriyasında çıxış edən 91 futbolçu Almaniyanın yaşıl meydanlarında top qovacaqlar. Ümumilikdə, isə bu rəqəm 104-ə bərabərdir. Almaniya Bundesliqası 75, İspaniya La Liqası 56, Fransa Liqa 1 isə 29 oyunçu ilə qitə birinciliyində təmsil olunacaq.

Azarkeşlərimizin yaxından izlədiyi Türkiyə Super Liqasında oynayan 24 futbolçu Avropanın ən nüfuzlu futbol turnirinə meydana çıxa biləcək.

İngiltərə Premyer Liqası – 96 futbolçu
İtaliya A Seriyası – 91
Almaniya Bundesliqası – 75
İspaniya La Liqası – 56
Fransa Liqa 1 – 29
Türkiyə Super Liqasında – 24
Çexiya Liqa 1 – 21
İngiltərə Çempionşip – 18
Ukrayna Premyer Liqası, Niderland Erediviziyası, Avstriya Bundesliqası – 15
Səudiyyə Pro Liqası – 14
İtaliya B Seriyası – 13

Premyer Liqa 21 yığmanı təchiz edəcək

İngiltərə Premyer Liqasında oynayan futbolçular AVRO-2024-də çıxış edəcək 24 yığmadan 21-nə dəvət alıblar. İngiltərə millisi 24 oyunçusunu daxili çempionatdan seçib. Portuqaliya 10, Danimarka isə 9 üzvünə “Dumanlı Albion”dan şans verib.

A Seriyasından AVRO-2024-ün final mərhələsində oynayacaq 91 futbolçudan 23-ü ölkə millisinə dəvət alıb. Albaniya və Polşa yığmaları İtaliya çempionatından 9 oyunçuya üstünlük veriblər.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
idman.biz

10Mənbələr