AZ

Zaqatalada yaşayış evi yanıb

Zaqatalada fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Bəhmətli kəndində, kənd sakini Vəzifə Sədrəddin qızı Məmmədovaya məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
1
apa.az

10Mənbələr